DünyaManşetMANŞETÜSTÜ

Azərbaycan çeçen əsilli boksçunu Ukraynaya verəcəkmi…

51.jpgBoksçu Bakıda sərbəst buraxılsa da, taleyi müəmmalıdır

Ukrayna radasının deputatı Mustafa Nayemə hücum etmiş şəxslərdən biri Azərbaycanda saxlanılsa da, sonradan azadlığa buraxılıb.  Öncə məlumat üçün qeyd edək ki, mayın 5-də  Ukrayna DİN rəhbəri Arsen Avakov açıqlama verərək bildirmişdi ki,  deputata hücum edənlərdən üçü hadisə yerində saxlanılıb və onlar barədə qətimkan tədbiri seçilib:

“Dördüncü iştirakçı isə hadisədən 20 dəqiqə sonra bilet alaraq, 2,5-3 saatdan sonra Bakıya uçub. Sərhədi keçən zaman onun şəxsiyyəti hələ müəyyən edilməmişdi.

Bununla beləb  aidiyyəti qurumlar onun bir neçə maddə üzrə şübhəli bilindiyi barədə məlumatlandırılıb və o, axtarışa verilib. Bu gün o, bizim azərbaycanlı həmkarlarımız tərəfindən saxlanılıb”, – deyə DİN rəhbəri bildirib.

Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən haqqında bəhs etdiyimiz boksçu Magomed-Amin Saitovun hüquqlarını müdafiə edən Adəm Məmmədov bildirib ki, boksçu mayın 5-də azadlığa buraxılıb: “Hələ ki onu Ukraynaya vermək barəsində qərar yoxdur. Çünki hələ Ukrayna məhkəməsinin qiyabi həbs qərarı olmalıdır. Onun Ukraynaya verilib-verilməməsi siyasi məsələyə oxşayır. Çünki onlar mətbuata açıqlama verən zaman Rusiyanın adını çəkib bildirirlər ki, bu işdə həmin ölkənin izi var. Hər bir halda onun Ukraynaya verilmə ehtimalı yoxdur. Magomed -Amin Saitov ötən həftənin şənbə günündən etibarən azadlığa buraxılıb”.
b_550_325_16777215_00_images_xeber_sekilleri_5may2018_48.jpgOnu da qeyd edək ki, Adəm Məmmədov sosial şəbəkədə daha öncə yazdığı statusunda bildirmişdi ki, bu işin arxasında Ukraynanın daxili işlər naziri, milliyyətçə erməni olan Arsen Avakovun dayanmasına dair məlumatlar var: “Ukrayna Respublikasında peşəkar boks klubunun prezidenti olan Magomed-Amin Saitov   ölkəmizdə keçirilən beynəlxalq boks yarışının təşkilatçısıdır. Bu səbəbdən də respublikamıza gəlib şəxsi işləri ilə əlaqədar Moskva şəhərinə gedən zaman beynəlxalq hava limanında saxlanılıb. Tutulmasına səbəb Ukrayna parlamentinin deputatı ilə aralarında Kiyev şəhərində küçədə anidən baş vermiş mübahisə olub”.b_550_325_16777215_00_images_xeber_sekilleri_5may2018_49.jpg

Onun verdiyi məlumata görə, iş Azərbaycan Respublikası DİN-in Baş Cinayət Axtarış İdarəsində araşdırılıb.

Virtualaz.org saytı yazıb ki, Ukrayna Baş Prokurorluğu xalq deputatı Mustafa Nayemin döyülməsində şübhəli bilinən Məhəmməd Saitovun ekstradisiyası ilə bağlı yaxın günlərdə Azərbaycana sorğu verəcək. Bunu “112 Ukrayna”nın efirində Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin deyib. “Biz cənab Saitovun ekstradisiyası məsələsi ilə məşğuluq. Azərbaycandan olan həmkarlarımızla çox sıx əlaqə saxlayırıq və bu yaxınlarda onlara bildirdik ki, biz Saitovun verilməsini tələb etmək niyyətindəyik. Bununla əlaqədar biz onun saxlanılması və qoruma altına alınması barədə sorğu ilə müraciət etmişdik. Yaxın günlərdə qanunu pozanların verilməsi barədə Avropa Konvensiyasının tələblərinə uyğun olaraq ekstradisiya haqqında da sorğu göndəriləcək”, – deyə Y.Yenin vurğulayıb.

Baş prokurorun müavini həmçinin bildirib ki, bir qayda olaraq, bu proses bir neçə ay çəkir.b_550_325_16777215_00_images_xeber_sekilleri_5may2018_50.jpg
Məsələnin siyasi tərəflərindən danışan politoloq Elxan Şahinoğlu bildirib ki, əgər ikitərəfli müqavilə varsa, ekstradisiya edilməsində heç bir qəbahət yoxdur: “Həm də nəzərə almaq lazımdır ki, Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır. Əgər cinayət əməli varsa ekstradisiya etmək olar. Yox, əgər deyildiyi kimi ortada siyasi səbəblər varsa, o zaman bu məsələyə bir müddət baxıla bilər. Hətta Azərbaycan tərəfindən belə olan təqdirdə rədd cavabı da verilə bilər. Nəzərə alaq ki, Avakov orada Ukrayna vətəndaşı olan azərbaycanlıları da heç doğru-dürüst qorumur. Əsas məsələ odur ki. cinayət əməli sübut olunsun. Əgər belə olarsa və məsələ ilə bağlı əldə ciddi sənədlər varsa o zaman boksçunu hüquq-mühafizə orqanlarına vermək olar. Hər halda, bəzi məsələlər nəzərə alınmalıdır. Əlbəttə ki, o dəqiqə təhvil vermək də düzgün deyil. Bizim tərəf bunu araşdırmalıdır və öyrənməlidir ki, Ukrayna tərəfi prosesi necə araşdırıb, hansı faktları var. Ola bilər ki, araşdırmaların nəticəsinə əsasən onun məhkəməsi Bakıda edilər. Bütün hallarda məsələ ciddi şəkildə araşdırılmalıdır. İndiyə qədər Ukrayna ilə bağlı bu cür ekstradisiya hallarının olduğunu xatırlamıram. Ancaq Rusiya ilə əlaqədar bu cür məqamlar baş verib. Ekstradisiya etməyin Azərbaycanın imicinə olan təsirləri barəsində də danışsaq, qeyd edim ki, əgər şəxs cinayət törədib bizə sığınırsa o zaman şəxs həbs olunmalıdır və ekstradisiya edilə bilər. Ancaq heç bir cinayət əməli yoxdursa və şəxs yalnız siyasi səbəblərə görə təqib edilirsə, bu zaman bizə sığınan vətəndaşımızı qorumalıyıq”./musavat

Paylaş:Fakttv.com

Comment here