CəmiyyətManşetMANŞETÜSTÜ

Azərbaycan baş nazirinin keçmiş müavininin kürəkəni İstanbulda güllələndi

Azərbaycan baş nazirinin keçmiş müavininin kürəkəni İstanbulda güllələndi

Azərbaycan baş nazirinin keçmiş müavininin kürəkəni İstanbulda güllələndi

Türkiyənin İstanbul şəhərində Azərbaycan baş nazirinin keçmiş müavini Musa Məmmədovun kürəkəni, iş adamı Mustafa Erkin Karaman güllələnib. Virtualaz.org “Hüriyyet” qəzetinə istinadən xəbər verir ki, hadisə Beykoz məhəlləsində ötən gün axşam saat 20:00 radələrində baş verib.

M.E.Karaman lüks avtomobilində hərəkətdə ikən qəfildən naməlum şəxs və ya şəxslərin silahlı hücumuna məruz qalıb. Avtomobilə tərəf 5 dəfə atəş açılıb və o, bədəninə dəyən güllədən yaralanıb. Karaman yaralı halda hadisə yerindən uzaqlaşıb.

Hadisəni törədənlər isə ərazidən uzaqlaşa biliblər.

İş adamının yaralı halda təcili yardım avtomobilində Beykoz Dövlət Xəstəxanasına çatdırıldığı bildirilir. Burada ona ilkin tibbi yardım göstərildikdən sonra özəl xəstəxanalrdan birinə aparılıb.

Mustafa Erkin Karaman Azərbaycanın keçmiş baş nazirinin müavini Musa Məmmədovun qızı Günel Məmmədova ilə 2012-ci ildə evlənib. Cütlüyün toyu Bakının məşhur şadlıq sarayı olan “Çırağan”da keçirilib.

Qeyd edək ki, Musa Məmmədov Azərbaycanda kənd təsərrüfatı naziri vəzifəsində çalışıb. Ölkənin ilk prezidenti Ayaz Mütəllimovun hakimiyyətdə olduğu dövrdə onun səlahiyyətli nümayəndəsi olub. 1992-ci ildə A.Mütəllimov tərəfindən baş nazirin müavini təyin edilib. 1991-2001-ci illərdə “Azərmeşə” İstehsalat Birliyinə rəhbərlik edib.

85 yaşlı M.Məmmədov vəzifəsindən 2017-ci ildə azad edilib. O, Prezidentin fərdi təqaüdçüsü, respublikanın əməkdar aqronomu, iqtisad elmləri doktoru, Dövlət mükafatı laureatıdır.

Comment here