GündəmManşet

“Azərbaycan Almaniya üçün çox vacib tərəfdaşdır”

Deputat:

“Azərbaycan Almaniya üçün çox vacib bir tərəfdaşdır”.

APA-nın xəbərinə görə, bunu Almaniya Bundestaqının deputatı Kai Gerinq deyib.

Deputat bildirib ki, ona görə də Almaniya tərəfindən Azərbaycanda təhsil sahəsində çox vacib layihələr həyata keçirilir: “Yaxın zamanda Azərbaycanda yeni “Höte” mərkəzinin açılışı gözlənilir. Bu, Azərbaycan və Almaniya arasında ikitərəfli əlaqələrin inkişafı üçün çox vacibdir. Şadam ki, Azərbaycanda ali təhsildə boloniya sisteminə keçilib. Bunun əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm”.

Deputat qeyd edib ki, hazırda  çox  sayda gənc azərbaycanlı təhsilini Almaniyada davam etdirir, təqaüd alır: “Almaniyada təhsil almaq istəyən gənc azərbaycanlıların sayının daha da artmasına ümid edirik.   Hər iki ölkənin insanları arasında mübadilənin çoxalmasını istərdik”.

Comment here