ManşetMANŞETÜSTÜ

“Azərbaycan Əliyevlə böyüyür” – Türkiyə mətbuatı prezident seçkilərindən yazdı

“Azərbaycan Əliyevlə böyüyür” – Türkiyə mətbuatı prezident seçkilərindən yazdı

“Azərbaycan Əliyevlə böyüyür” – Türkiyə mətbuatı prezident seçkilərindən yazdı

Türkiyənin “Yeni Şafak” qəzetində Azərbaycanda keçiriləcək prezident seçkiləri və namizədlər barədə məqalə dərc olunub.

Avropa.info xəbər verir ki, qəzet seçkilərdə ən güclü namizədin İlham Əliyevin olduğunu vurğulayır.

Yazıda qeyd edilib ki, Əliyev ölkənin ən güclü partiyası olan Yeni Azərbaycan Partiyasının sədridir. Qəzet həmçinin yazır:

Oktyabr ayında planlaşdırılan seçkilər Prezident İlham Əliyevin qərarı ilə aprel ayına çəkilib. Ölkədə baş verən prosesləri yaxından izləyən mütəxəssislər, İlham Əliyevin seçkiləri aprel ayına təyin etməsiylə Azərbaycana yönələn təxribat cəhdlərinin həyata keçmədən uğursuzluğa düçar olması kimi qiymətləndirir. İlham Əliyevin seçkilərdən qələbə ilə çıxmasıyla Azərbaycanın bölgədə güclənməyə davam edəcəyi bildirilir.

Rəy sorğularında böyük dəstək

Seçkilərə iki həftədən az qalan müddətdə rəy sorğusu keçirən şirkətlərin rəy sorğularında İlham Əliyevin prezident seçkilərində ən güclü namizdə olduğunu və seçkilərdən qələbə ilə çıxacağını ortaya qoyur. Martın 28-də ABŞ-ın araşdırma şirkəti olan “AJF&Associates Inc.”in keçirdiyi rəy soruğusunun nəticəsinə görə, seçicilərin 82%-i İlham Əliyevi dəstəkləyir. Azərbaycana məxsus “Els” Müstəqil Araşdırmalar mərkəzinin rəy sorğularında seçicilərin 84,1 %-i İlham Əliyevi prezident görmək istədiklərini bildiriblər.

İqtisadiyyatda nəhəng həmlə

İlham Əliyevin 14 illik prezidentliyi dövründə Azərbaycan iqtisadi və müdafiə sahəsində nəhəng layihələr həyata keçirib. Son 14 ildə Azərbaycan iqtisadiyyatı 14 dəfə böyüyüb, işsizliyin səviyyəsi 50%-dən 5%-ə düşüb. Ölkəyə 231 milyard dollarlıq sərmayə yatırılıb. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 23 dəfə artıb. İki milyon yeni iş yeri açılıb. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan Bakıda iki mühüm beynəlxalq təşkilatçılığın öhdəsindən müvəffəqiyyətlə gələrək həm ölkənin modern tərəfini, həm də turizm potensialını bütün dünyaya göstərib.

Türkiyənin böyük dostu

Yazıda qeyd olunur ki, İlham Əliyev Türkiyənin beynəlxalq aləmdə ən böyük dostudur. Türkiyə-Azərbaycan əlaqələrinin hər sahədə inkişafına önəm verən Əliyev, 2014-cü ildə ATƏT sammitində Türkiyəyə yönələn haqsız iddiaları səsləndirən Ermənistan prezidentinə “Türkiyə burada yoxdursa, mən varam” sözləriylə cavab vermişdi.

Qafqazın ən güclü ordusu

Qəzet həmçinin yazır ki, İlham Əliyev dönəmində Azərbaycan Ordusu modern texnologiya ilə təchiz olunaraq, bölgədəki gücünü artırıb. 2016-cı ildə işğalçı Ermənistanın qəfil hücumunu dəf edən Azərbaycan ordusu düşməni geri çəkilməyə vadar edib və iki min hektarlıq ərazini işğaldan azad edib.

Comment here