KriminalManşetMANŞETÜSTÜ

Axtarışda olan Ülviyyə bu gün həbs edildi – Sosial ev “paylayırdı”

Axtarışda olan Ülviyyə bu gün həbs edildi – Sosial ev “paylayırdı”

Axtarışda olan Ülviyyə bu gün həbs edildi – Sosial ev “paylayırdı”

Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində başladılan cinayət işi üzrə proses keçirilən qadın həbs olunub. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə,  keçmiş iş adamı Ülviyyə Abdalova məhkəmə proseslərinə gəlmədiyi üçün axtarışa verilmişdi. Bu gün isə Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Belə ki, Ü.Abdalova Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə edərək dələduzluq törətməkdə təqsirləndirilən, Daxili İşlər Nazirliyinin polkovniki, “579 SSA” MMC-nin təsisçisi Eldar Salayev, şirkətin direktoru vəzifəsində işləyən Məhəmməd Qafarov və Leyla İsmayılova ilə birgə təqsirləndirilir.

Bundan əvvəlki iclasların birində prokuror çıxış edərək Eldar Salayevin 6 il 6 ay, Məhəmməd Qafarovun 7 il, Leyla İsmayovanın 6 il və Ülviyyə Abdalovanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmalarını istəyib.

Daha sonra Ü. Abdalova məhkəmə iclaslarından yayınıb və proseslərə gəlməyib. Buna görə də hakim Əlövsət Abbasov onun barəsində həbs qətimkan tədbiri seçərək axtarışa verib.

Comment here