ManşetMANŞETÜSTÜ

Avtomobil sahiblərinə dəymiş maddi ziyan ödətdirildi

Avtomobil sahiblərinə dəymiş maddi ziyan ödətdirildi

Avtomobil sahiblərinə dəymiş maddi ziyan ödətdirildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu haqda Avropa.info-ya Daxili İşlər Nazirliyindən bildirilib.

Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində “Toyota”, “Mercedes” və “Ford Tranzit” markalı 3 avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Natiq Həsənov saxlanılıb.

Polis əməkdaşları tərəfindən mobil telefon ondan maddi sübut kimi götürülüb, avtomobil sahiblərinə dəymiş maddi ziyan ödətdirilib.

N.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən tədbir görülüb.

Comment here