DünyaManşetMANŞETÜSTÜ

Avstriyadan rəzil qərar – Məscidlər bağlandı, imamlar ölkədən deportasiya olundu

Avstriyadan rəzil qərar – Məscidlər bağlandı, imamlar ölkədən deportasiya olundu

Avstriyadan rəzil qərar – Məscidlər bağlandı, imamlar ölkədən deportasiya olundu

Avstriya baş naziri Sebastyan Kurz rəzil bir qərara imza atıb.

Avropa.info xəbər verir ki, Kurz 7  məscidi bağlayacaqlarını və çoxlu sayda imamı ölkədən deportasiya edəcəklərini deyib.

Kruz 7 məscidi bağlamaqla yanaşı, imamların deportasiya edilməsini onların digər ölkələrdən maaş almaları ilə əlaqələndirib.

Qeyd edək ki, bu il uşaqların Türkiyənin maddi dəstək verdiyi məsciddə Çanaqqala savaşını səhnələşdirməsindən sonra,  Avstriya rəsmiləri məsələylə bağlı istintaqa başlamışdı.  rəsmilərin istintaq mövzusu olmuşdu.

Bu hadisədən sonra, Vyana bələdiyyəsinin müsəlman cəmiyyətlərinə edilən dövlət yardımları məsələsində daha kəskin olmasını söyləyən Kurz, bu məscidi bağlamaqla təhdid etmişdi.

Məsələylə bağlı Türkiyənin cavabı gecikməyib. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Avstriyanın bu qərarını sərt tənqid edib.

“Avstriyanın müxtəlif bəhanələrlə yeddi məscidi bağlaması və imamları deportasiya etməsi, bu ölkədəki İslam əleyhinə irqçi, populist dalğanın nəticələrindən biridir. Məqsəd müsəlman icmaları cəmiyyətdən kənarlaşdıraraq siyasi nailiyyət əldə etməkdir. Avstriya hökumətinin ideoloji mövqeyi universal hüquq normalarına, ictimai harmoniya siyasətlərinə, azlıq hüququna və bir arada yaşama əxlaqına ziddir. İslama qarşı olan irqçiliyin bu şəkildə normallaşdırılması qəti olaraq rədd edilməlidir”.

Comment here