DünyaManşetMANŞETÜSTÜ

Avropa şirkətləri İranı tərk edəcək

Avropa şirkətləri İranı tərk edəcək

Avropa şirkətləri İranı tərk edəcək

ABŞ-ın sanksiyaları nəticəsində çoxsaylı Avropa şirkəti İranı tərk etməli olacaq.

Avropa. info xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Çinin Dovlət Şurasının başçısı Li Keçyanla danışıqları zamanı bəyan edib.

Kansler həmçinin bəyan edib ki, Almaniya İranın nüvə poqramı ilə bağlı Hərtərəfli Birgə Hərəkət Planıana da hörmətlə yanaşır.

“O ki qaldı İranla bağlı imzalanan sazişə, düzdür, bu ideal olmasa da, digər variantlar daha qeyir-sabitdir”, – deyə A. Merkel bildirib.

May ayının əvvəlində Tramp ABŞ-ın İranla imzalanan nüvə proqrmaı ilə bağlı sazişdən çıxdığını bəyan etməsi və Tehrana qarşı sanksiyalar tətbiq Avropa ölkələri, həmçinin Rusiya və Çinin də kəskin etirazına səbəb olub.

Trampın sanksiya qərarına İranın enerji sektoru, neftkimya sənayesi və maliyyə əməliyyatları ilə bağlıdır.

Comment here