ManşetMANŞETÜSTÜ

Avropa İttifaqı Rusiyadakı səfirini geri çağırır

Avropa İttifaqı Rusiyadakı səfirini geri çağırır

Avropa İttifaqı Rusiyadakı səfirini geri çağırır

Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən sammitində qurumun Rusiyadakı səfirinin geri çağırılması barədə qərar qəbul edilib.

Bu barədə İsveçin baş naziri Stefan Leven bəyanat verib.

Qərarın Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqəli olduğu bildirilir.

“Biz Aİ səfirini Rusiyadan geri çağırmaq qərarına gəldik. Bu addım Böyük Britaniyaya siyası dəstək məqsədi ilə atılıb”, – deyə Stefan Leven vurğulayıb.

Xatırladaq ki, Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində – Solsberi şəhərində keçmiş QRU polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücuma cavab addımı olaraq 23 rusiyalı diplomatın ölkədən çıxarılmasına dair qərar verib.

Londonun qərarına cavab olaraq Moskva da analoji addım atıb.

virtualaz.org

Comment here