DünyaManşetMANŞETÜSTÜ

Avropa ingilis dilindən təmizlənir: Makronun istəyi…

Avropa ingilis dilindən təmizlənir: Makronun istəyi…

Avropa ingilis dilindən təmizlənir: Makronun istəyi…

Fransa Prezidenti Emmanuel Makron fransız dilinin yenidən Avropanın ictimai və siyasi institutlarında rəsmi dil elan edilməsinə çalışır.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Vol Strit Jurnal” qəzeti çıxış edib. Qəzet Makronun bu istəyinin Breksitin tam gerçəkləşməsindən sonra baş tuta biləcəyini iddia edib:

“1973-cü ildə Britaniya AB-yə üzv olana qədər burada əsas üstünlük fransız dilində idi. Hazırda ingilis dili AB əhalisinin 12,8%-i üçün rəsmi status daşıyır. Breksitdən sonra isə o, yalnız iki ölkə – İrlandiya və Malta üçün rəsmi dil olacaq. Burada isə AB əhalisinin 1,2%-i yaşayır. Bununla belə ingilis dili Avropa təhsil müəssisələrində ən çox öyrənilən dildir. Onu Avropanın orta məktəblərinin 95%-də tədris edirlər. AB-nin sənədlərinin 81%-i ingilis dilində tərtib edilir. Makronun mövqeyini Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker də dəstəkləyir. Hətta Yunker çıxışlarının birində ingilis dilinin dominantlığına izn verilməsinin səhv olduğunu da deyib”.

Comment here