GündəmManşet

Avronest PA-da deputatlar Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə məlumatlandırılıb

Avronest PA-da deputatlar Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə məlumatlandırılıb

Kiyev, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçirilir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin Avropaya, habelə dünya bazarlarına çıxışını asanlaşdıracaq.

AZƏRTAC xəbər verir ki, bu fikri Ukraynanın paytaxtı Kiyev şəhərində Avronest Parlament Assambleyasının siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin iclasında çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Fuad Muradov deyib.

F.Muradov qeyd edib ki, bu layihə iqtisadi üstünlükləri ilə yanaşı, siyasi baxımdan da sülh, təhlükəsizlik, sabitlik və sosial rifahı yaxşılaşdıracaq. Bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi region ölkələrinin qlobal müstəvidə inkişafına töhfə verəcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Comment here