ManşetMANŞETÜSTÜ

Ata 7 yaşlı oğlunun ayağını sındırdı – Əlifbaya görə

Ata 7 yaşlı oğlunun ayağını sındırdı – Əlifbaya görə

Ata 7 yaşlı oğlunun ayağını sındırdı - Əlifbaya görə39 yaşlı ata əlifbada hərf ardıcıllığını unudan oğlunun ayağını sındırıb.

Hadisə Rusiyanın şərqində yerləşən Kamçatkada baş verib. 7 yaşlı oğluna əlifba öyrədən ata hərfləri yadda saxlaya bilmədiyi üçün uşağa əsəbiləşib. Əsəblərini cilovlaya bilməyən ata uşağı qolundan tutaraq yerə itələyib. Ayaqları ilə uşağın diz qapaqlarını tapdalayıb sındırıb.

Azyaşlı uşaq müxtəlif bədən xəsarətləri və baldır sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib. Uşağın anası qorxusundan polisə xəbər verə bilməyib. Lakin hadisədən bir neçə gün sonra qadın ərindən şikayət edərək onun həbs olunmasını tələb edib.

Polis əməkdaşları tərəfindən saxlanılan kişinin psixiatrop dərman preparatları qəbul etdiyi və psixi vəziyyətinin yerində olmadığı müəəyyən olunub.

Faktla bağlı araşdırma başladılıb.(publika.az)

Comment here