ManşetMANŞETÜSTÜ

Astan Şahverdiyevin polis rəisi olan qardaşı oğlu bir gəncə işgəncə verib iddiası – Foto

Astan Şahverdiyevin polis rəisi olan qardaşı oğlu bir gəncə işgəncə verib iddiası – Foto

Astan Şahverdiyevin polis rəisi olan qardaşı oğlu bir gəncə işgəncə verib iddiası – Foto

Ağayev Rövşən Bayram oğlu Cəbrayıl Rayon Polis Şöbəsində şiddətli işgəncə və təhqirlərə məruz qalması ilə bağlı Turanxeber.az saytına müraciət edib.

Rövşən Ağayev müraciətində bildirib ki, onu bir oğurluq hadisəsinə görə ittiham edib, fiziki xəsarətlər yetiriblər.

“Oğurlaq hadisəsinin öz üzərinə götürməməyim polis əməkdaşlarını qəzəbləndirib. Buna görə məni polis şöbəsinə aparıb, işgəncə verdilər və təhqirlərə məruz qoydular. Polis əməkdaşı Sabit Orucov mənə dedi ki, sənə təcavüz edib internetdə yayarıq, biabır edərik səni. Polis şöbəsində qarın nahiyəmə təpiklə vurdular. Sonra saçımdan tutub, yerə yıxdılar və dubinka ilə xəsarət yetirdilər”,-deyə R.Ağayev bildirib.

Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakini R.Ağayev aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

R.Ağayevin valideynləri DİN-in 102 “Qaynar xətti”nə zəng vurub və baş verən hadisəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya, daxili işlər naziri Ramil Usubova, Baş prokuror Zakir Qaralova və Cəbrayıl rayon prokuroruna müraciət ediblər.

R.Ağayev qeyd edib ki, rayon prokuroru qəsəbədə oğurluq hadisəsinin olmadığını bildirib: “Prokuror polis rəisinin və polis əməkdaşlarının niyə bunu etdiklərindən təəccüblənib”.

Rövşən Ağayevin valideynləri oğullarına haqsız yerə işgəncə verildiyinə görə rayon polis rəisi Araz Şahverdiyev,  polis əməkdaşları Sabit Orucov və Sahib  Allahverdiyevin cəzalandırılmasını tələb edirlər.

Xatırladaq ki, Cəbrayıl Polis Şöbəsinin rəisi Araz Şahverdiyev Milli Məclisin deputatı Astan Şahverdiyevin  qardaşı oğludur.

Comment here