Manşet

Aparıcı Leyla Quliyeva: “O qədər böyük bir layihədir ki…” – Fotolar

Aparıcı Leyla Quliyeva fotokameramız qarşısına keçib.

Aparıcı açıqlamasında yaradıcı işlərindən də danışıb.

O bildirib ki, “Əlaçı” verilişi yeni mövsümdən də AzTV-də yayımlanacaq:

“Yeni mövsümə qeyri-adi bir şey hazırlamamışam. Yenidən öz verilişimlə efirdə olacam.

Beynəlxalq bir tədbirdə aparıcı qismində çıxış edəcəm. İndi başım ona qarışıb. Onun hansı ölkədə və nə olduğunu hələ açıqlaya bilmirəm”.

L.Quliyeva “Başqa kanallardan təkliflər alırsınız” sualına belə cavab verib:

“Son vaxtlar AzTV-də çalışıram deyə, hər kəs mənim ora aid olduğumu düşünür. Ona görə də belə çox təkliflər almıram. Özümü başqa verilişlərdə görmürəm. Mənim sakit düşüncəm var”.

Aparıcı yeni bir layihə üzərində çalışdığını da gizlətməyib:

“Bu mövsüm böyük bir layihə üzərində çalışacağam. Ona görə də bu mövsümü sakit yola verəcəm. O qədər böyük bir layihədir ki, onun hazırlanması bir televiziya mövsümü qədər çəkəcək. İdeya heç bir xarici kanaldan alınmayıb. Yayımlanacağı kanalı hələ dəqiqləşdirməmişəm. AzTV-də olmaya da bilər. Heç bir kanalın rəsmi əməkdaşı deyiləm. Proqram hansı telekanalın konsepsiyasına uyğun gəlsə, orada da olacaq”.axsam.az

Comment here