DünyaManşetMANŞETÜSTÜ

Angela Merkeli gəzdirmək üçün Ermənistan prezidentinin maşınını əlindən aldılar

Angela Merkeli gəzdirmək üçün Ermənistan prezidentinin maşınını əlindən aldılar

Angela Merkeli gəzdirmək üçün Ermənistan prezidentinin maşınını əlindən aldılar

Almaniya kansleri Angela Merkeli Yerevanda Ermənistan prezidenti Armen Sarkisyanı gəzdirən zirehli BMW 750 avtomobili ilə qarşılayıblar. Virtualaz.org bildirir ki, bu məlumatı Ermənistan KİV-ləri yayıb.

Sözügedən maşını Dövlət Mühafizə Xidməti Sarkisyana prezident seçildikdən sonra təqdim edib.

Mənbəyə görə, Ermənistanın dövlət avtoparkında zirehli maşınların çatışmazlığı hiss olunur və Merkeli protokol tələblərinə uyğun olaraq qarşılamaq üçün Sarkisyanın avtomobili müvəqqəti əlindən alınıb. Prezidentin özü həmin gün şəxsi “Cadilac Escalade” yolsuzluq avtomobilindən istifadə edib.

Xatırladaq ki, Angela Merkel Cənubi Qafqaz turnesi çərçivəsində Tbilisidə, Yerevanda və Bakıda olub.

Comment here