ManşetMANŞETÜSTÜ

Angela Merkel istefa təhlükəsi ilə üzləşə bilər

Angela Merkel istefa təhlükəsi ilə üzləşə bilər

Angela Merkel istefa təhlükəsi ilə üzləşə bilər

“Almaniya üçün Alternativ” partiyası kansler Angela Merkelin yürütdüyü miqrasiya siyasətinin qanuniliyi məsələsini Konstitusiya Məhkəməsində qaldırmağa hazırlaşır.

Azvision.az xəbər verir ki, partiyanın vəkili Ştefan Brandnerin sözlərinə görə, siyasi təşkilatın tərəfdarları öz şikayət ərizələrində göstəriblər ki, Merkelin hökuməti miqrasiya siyasətini işləyib hazırlayarkən parlamentin prosesdə iştirak hüququnu pozublar. Deputatlar, xüsusən də, Avstriya ilə sərhəddən miqrantların buraxılmasına icazə verilməsi üzrə qərarın yoxlanılmasını tələb ediblər.

Qeyd olunub ki, əgər Almaniyanın Konstitusiya Məhkəməsi şikayəti təmin etsə, Angela Merkel istefa verməli olacaq.

Xatırladaq ki, Merkel yanvar ayında alman cəmiyyətinin maliyyə və miqrant böhranı səbəbindən qütbləşdiyini bəyan etmişdi.

Comment here