MANŞETÜSTÜSiyasət

Anar Bağırov Milli Məclisin deputatı Siyavuş Novruzun dedikləri ilə razılaşmadı

On aydır ki, amansız mübarizə aparırıq– ANAR BAĞIROV DEPUTATLARA SƏSLƏNDİ

 

Milli Məclisin son iclasında YAP-çı millət vəkili Siyavuş Novruz Azərbaycanda vəkillərin mövcud durumu barədə danışıb. Millət vəkili deyib ki, bəzi hallarda rüşvət üstündə hüquq-mühafizə orqanlarından qovulanlar sonradan vəkil olur: “Rüşvətxorluq üstündə işdən qovulanların heç bir halda  bu işlə məşğul olmasına icazə verilməməlidir. Axı sən işləyəndə insanların hüququnu pozmusan. İndi, gəlib hüquq müdafiəçisi olmusan?!”.

Deputatın fikirlərinə münasibət bildirən Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Gununsesi”nəaçıqlamasında vəkillik institutunun güclənməsində parlamentin də təşəbbüskar olmasının vacibliyini deyib: “Rüşvətə görə qovulanlar başqa yerlərdə işlə təmin oluna bilər. Mən vəkillər arasında bu cür hallara rast gəlməmişəm. Vəkil adından istifadə edən işbazlara qarşı on aydır ki, Vəkillər Kollegiyası tərəfindən amansız mübarizə aparılır. Qeyd edim ki, bu cür hallara görə yalnız inzibati məsuliyyət nəzərdə tutulub. Yaxşı olardı ki, bu cür qanun pozuntuları üçün daha ciddi məsuliyyət növü nəzərdə tutulsun. Hətta buna görə cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. Millət vəkilləri bunun üçün statusları var”.

 

Comment here