Dünya

Almaniyada ölənlərin sayı 133-ə yüksəldi

Almaniyada daşqın nəticəsində ölənlərin sayı 133 nəfərə yüksəlib.

Huquqaz.com xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Təbii fəlakət nəticəsində Reynland-Pfalsda azı 90 nəfər, Şimali Reyn-Vestfaliyada isə 43 nəfər həyatını itirib.

Axtarış-xilasetmə işləri üçün bölgəyə 850 hərbçi göndərilib. 1300-ə yaxın sakin isə itkin düşmüş hesab edilir.

Qeyd edək ki, iyulun 12-dən fasiləsiz yağan leysan yağışlar Almaniyanın qərb və cənub-qərb bölgələrində daşqınlar yaradıb.

Comment here