Manşet

Ağdam rayon 58 saylı köçkün ümumi orta məktəbində gənc müəllim möhtəşəm “Əlifba” bayramı keçirdi

Altı iyun tarixdə Ağdam rayon 58 saylı köçkün ümumi orta məktəbin I-ci sinfində Əlifba bayramı tədbiri qeyd edilib. Tədbiri I sinifin müəllimi Abbaslı Samir təşkil etmişdi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlandı.Birincilər bu vaxtadək aldıqları bilik və bacarıqları nümayiş etdirərək bir çox dillərdə şeir, mahnı ifa etdilər, nağıllar aləminə səyahət edərək maraqlı səhnəciklər göstərdilər. Əlbəttə ki, “Əlifba bayramı”nı hərflərsiz, rəqəmlərsiz təsvir etmək mümkün deyil. Vətənə,anaya, müəllimə olan sevgi də şagirdlərin şeir və mahnılarında əks olunmuşdu.Onların hər bir çıxışı böyük coşqu ilə qarşılanırdı.

Məktəb direktoru Mobil Əliyev də öz növbəsində çıxış edərək birinciləri “Əlifba” nı bitirmələri münasibətilə təbrik etdi, onlara təhsildə uğurlar arzuladı.
Sonda şagirdlərə fəxri fərman təqdim edildi, sinif rəhbəri Samir Abbaslı öz ürək sözlərini, təşəkkür və təbrikini dilə gətirərək tədbirə yekun vurub. “Əlifba bayramı” münasibətilə şagirdləri və valideynləri təbrik etdi. Müəllimin böyük zəhməti hesabına şagirdlərin göstərdikləri fəallıqları yüksək qiymətləndirdi.
Ümid edirik ki, bu ilin birinciləri təhsil pillələrini uğurla qalxacaq, ölkəmizin adını yüksəklərə qaldıraraq gələcəyin maarifpərvər ziyalılarından olacaqlar.

Comment here