MANŞETÜSTÜ

Afaq Şıxlı: Gəlib çıxmaq bilmir baharım, yazım…

BƏLALI

Güvənə bilməyə varmı kimsənəm?
Sol yanım bəlalı, sağım bəlalı!
Sinəsi od tutan qəriban mənəm,
Aranım bəlalı, dağım bəlalı!

Elə, qəm üstünə köklənir sazım,
İnada dirənir arzum, murazım.
Gəlib çıxmaq bilmir baharım, yazım,
Hər dəmim bəlalı, çağım bəlalı!

Sən demə bu həyat zülümdən zülüm!
Qoymur ki, doyunca sevinim, gülüm.
Qönçəykən saralır çiçəyim, gülüm,
Çəmənim bəlalı, bağım bəlalı!

Dərdimi anlayan sirdaş olaydı!
Mənə arxa duran qardaş olaydı!
Vətəndə sinəmə bir daş olaydı!
Kəfənim bəlalı, ağım bəlalı!

Afaq ŞIXLI

Comment here