Manşet

ADNSU-da Azercell Telekomun növbəti Tələbə təqaüdü proqramına start verildi

Sentyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azercell Telekomun 2017/2018-ci tədris ili üçün növbəti Tələbə Təqaüdü proqramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azercell Telekomun 21 illik fəaliyyətinə həsr olunan video çarx nümayiş olunub. Daha sonra tələbə təqaüdü və təcrübə proqramları haqqında tələbələrə ətraflı məlumat verilib.Təqaüd proqramına müraciət qaydaları, seçim prosesi və proqramın üstünlükləri izah edilib.
Azercell Telekomun İnsan qaynaqları üzrə aparıcı mütəxəssisi Aysel Eynullayeva proqramın bütün seçim mərhələlərindən uğurla keçən tələbələrin cari təhsil müddətinin sonuna qədər şirkət tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaqlarını bildirib. Gənclər bu proqram çərçivəsində, eyni zamanda, telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını da əldə edəcəklər.
Həmçinin bildirilib ki, Tələbə Təqaüdü proqramı Bakı və bölgə ali təhsil müəssisələri ilə yanaşı, SABAH qruplarında təhsil alan tələbələr üçün də keçiriləcək.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Comment here