MANŞETÜSTÜ

Admiralla Hərbi Prokurorluq üz-üzə – yeni məhkəmə davası başlayır

Şahin Sultanov

“Mən günahkar deyiləm. Azadlıqda olduğuma görə prezident İlham Əliyevə və Mehriban xanıma təşəkkür edirəm. Özümü Heydər Əliyevin yetirməsi sayıram. Heydər Əliyevə nümunə kimi baxırdım. Öz xalqıma, Vətənimə sadiq qalmışam. Admiral rütbəsini mənə Heydər Əliyev, ”Azərbaycan bayrağı” ordenini isə prezident İlham Əliyev verib. Mən bu gün ağ formanı ona görə geyindim ki, ağ formaya ləkə düşmür. Mən necə təmiz vardım, elə də qalacağam. İttihamlar irəli sürüldü, iş gedir zaman gələcək hamısı aydın olacaq. Rütbəm alınmayıb, formam əynimdədir”.

Bu fikirləri hazırda azadlıqda olan, Hərbi Prokurorluğun həbsini tələb etdiyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov söyləmişdi. Onun barəsində 2014-cü ildə hıbs qəti imkan tədbiri seçilmiş, Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülmüşdü. Sonaradn isə barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmuşdu. Sonaradn isə Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şahin Sultanov 8 il 6 ay azadlıqdan məhrum edilib, ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib. Ümumilikdə iş üzrə Ş.Sultanov da daxil olmaqla 28 nəfər məhkəmə qarşısına çıxarılmışdılar. Onlardan hər biri Bakı Hərbi Məhkəməsinin hökmündən narazıdırlar və apelyasiya şikayəti veriblər.

Hökmlə ittiham tərəfi də razı deyil və Ş.Sultanovun barəsində cəzanının şərti deyil, real həbslə əvəzlənməsi üçün protest verilib. Ş.Sultanovun vəkili Adəm Məmmədov “Yeni Müsavat”a deyib ki, prokurorluq protest vermək hüququndan istifadə edib: “Amma protest vermək müddətini ötürmüşdülər. Şifahi məlumat var ki, protest verirlər, işə yenidən baxılmasını tələb edirlər. 4 ay müddəti ötürmüşdülər. Belə görünür ki, müddətin bərpa olunması ilə bağlı məhkəməyə müraciət ediblər. Protest hələlik bizə təqdim edilməyib. Şahin Sultanov ittihamlarla razı deyil və bəraət verilməsini istəyir”.

Vəkilin sözlərinə görə, tərəf olaraq şikayət verməsəydilər, məhkəməyə prokurorluğun protesti də təqdim edilməyəcəkdi:

“Şahin Sultanov özünü günahsız bilir və barəsində ittihamedici hökmün çıxarılması ilə razılaşmır. Prokurorluq isə hesab edir ki, şərti cəza real cəza ilə əvəzlənməlidir. Şahin Sultanova qarşı sərgilənən mövqeyin səbəbini Hərbi Prokurorluq daha yaxşı bilər”.

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər şəxslərin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası baş tutub. Təqsirləndirilən şəxslərin və onların vəkillərinin kəskin etirazlaırna baxmayaraq iş yenidən baxılması üçün Bakı Hərbi Məhkəməsinə qaytarılıb.

Comment here