ManşetMANŞETÜSTÜ

ADƏM MƏMMƏDOVDAN NÖVBƏTİ QƏLƏBƏ

 

ADƏM MƏMMƏDOVDAN NÖVBƏTİ QƏLƏBƏ

Hüquqlarını müdafiə etdiyim Cəfərov Cəlal Ağapaşa oğlu, özünü zərərçəkmiş şəxs qismində tanıdan və sələmçiliklə məşğul olan Səmədov Ruslan Eyvaz oğlunun dələduzluq yolu ilə 178 min 500 manatını ələ keçirilməsinə görə AR CM-nin 178.3.2-ci (küllü miqdarda dələduzluq) maddədi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ölkə hüdudlarından kənarda olması səbəbindən barəsində beynəlxalq axtarış verilməklə ,məhkəmənin qərarına əsasən həbs qətimkan tədbiri seçilmişdir. Bu səbəbdən də, hüquqlarımı müdafiə etdiyim şəxs Rusiya Federasiyası Sam.şəh. Jelez. Rayon məhkəməsinin qərarı həbs edilmişdir. Təqsirləndirilən şəxsin ekstradisiya edilməsi üçün Rusiyada 6 ay həbsdə qalmış və AR-na təhvil verilmişdir. Zərərçəkmiş şəxslə hüquqlarını müdafiə etdiyim Cəfərov Cəlal ilə 4 saat davam edən üzləşmə istintaq hərəkəti zamanı Səmədov Ruslanı ifşa edərək sələmçi olduğunu tam aşkar etdik. Hətta müəyyən olundu ki, zərərçəkmiş şəxs sələmə verdiyi pulunun 2 qat artığını geri alıb. Hüquqlarını müdafiə etdiyim şəxs məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirin uzadılnasından imtina edərək azadlığa buraxılmış və Nərimanov RP-nin istintaq şöbəsinin müstəntiqi Pərviz Məmmədov cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilmişdir.
Obyektiv və ədalətli araşdırmaya görə müstəntiq Pərviz Məmmədova təşəkkür edirəm.

Fakttv.com

Comment here