DünyaManşetMANŞETÜSTÜ

ABŞ və Rusiyanın gizli Suriya planı ortaya çıxdı

ABŞ və Rusiyanın gizli Suriya planı ortaya çıxdı

ABŞ və Rusiyanın gizli Suriya planı ortaya çıxdı

ABŞ-ın “The Washington Post” qəzeti Tramp və Putinin Helsinkidə görüşməsində Suriya münaqişəsinin həllindəki gözlənilən anlaşma barədə bəzi gizlin detalları ortaya çıxarıb.

Fakttv.com Avropa.info-ya istinadən xəbər verir ki, Vaşinqtonla Moskva arasındakı anlaşmaya əsasən İranın Suriyadakı hərbi qüvvələri bu ölkədən çəkiləcəyi təqdirdə, ABŞ-ın da bu ölkədən çıxacağı barədə Tramp Putinə söz verəcək.

İranın Suriyadan çəkilməsi isə İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən israrla tələb olunur. Belə ki, Tramp Suriyadakı 2200-dək əsgərini çəkəcəyi təqdirdə, Putin də İranın Suriyanın İsrail və İordaniya sərhədindəki hərbi qüvvələrini çıxaracağına söz verəcək.

Anlaşmaya əsasən, Pentaqonun dəstəklədiyi YPG/PKK terror təşkilatının isə Bəşər Əsəd rejimi ilə birgə fəaliyyətə təşviq ediləcək.

 

Comment here