DünyaManşetMANŞETÜSTÜ

ABŞ və Rusiya razılaşdı – ÜÇ FAKTOR

ABŞ və Rusiya razılaşdı – ÜÇ FAKTOR

ABŞ və Rusiya razılaşdı – ÜÇ FAKTORSuriyada Bəşər Əsəd rejiminin tərəfdarları olan Rusiya və müxalifət qrupların himayəçisi ABŞ arasında razılaşmanın əldə olunması an məsələsidir.

FAKTTV publika.az-a istinadən xəbər verir ki, bu haqda “Assoşieyted Press” agentliyinə danışan amerikalı səlahiyyətlilər bildiriblər.
Məlumata görə, ABŞ və Rusiya razılaşma ilə İŞİD-in məğlubiyyətindən sonra rejimlə müxalifət gücləri arasında baş verən qarşıdurmaların qarşısını almaq istəyir. Amerikalı səlahiyyətlilər, Moskva və Vaşinqtonun İŞİD sonrası dövrün yenidən razılaşdırılması üçün üç faktora diqqət çəkdiyini bildiriblər.
Bunlar Suriyadakı amerikalı və rus əsgərləri arasında qarşıdurma ehtimalının aradan qaldırılması, vətəndaş müharibəsində atəşkəsin təmin olunması və BMT-nin himayəsində sülh danışıqlarının canlandırılmasıdır.
Rəsmilər İŞİD-in məğlubiyyətindən sonra Suriya ordusu ilə ABŞ-ın dəstəklədiyi qüvvələr arasında qarşıdurmanın güclənəcəyi barədə xəbərdarlıq edirlər. Razılaşmaya əsasən, birbaşa münaqişədən qaçmaq üçün Moskva və Vaşinqton arasında koordinasiya xəttinin qurulması nəzərdə tutulur.

Comment here