DünyaManşetMANŞETÜSTÜ

ABŞ və Cənubi Koreyadan Kim Çenə mesaj

ABŞ və Cənubi Koreyadan Kim Çenə mesaj

ABŞ və Cənubi Koreyadan Kim Çenə mesaj

Koreya yarımadasında təhlüksizlik şərtlərinin necəliyindən asılı olmayaraq, Cənubi Koreyanın müdafiəsini dəstəkləyəcəyik.

Fakttv.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Müdafiə naziri Ceyms Mettis Cənubi Koreyadan olan həmkarı Sonq Yonq Moo ilə Sinqapurda Asiya Təhlükəsizlik Zirvəsindəki görüşü zamanı deyib. O, ABŞ-ın bu ölkədəki 25500 nəfərlik hərbçi sayını azaltmağı düşünmədiyini bildirib.

Nazirlər ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya Prezidenti Kim Çen İn arasında baş tutacaq görüşü Koreya yarmadasının nüvə silahlarından təmizlənməsi və davamlı sülhün təmin olunması üçün tarixi bir fürsət kimi qiymətləndirib.

Nazir Sonq Şimali və Cənubi Koreya arasında gərginliyin azaldılması və müdafiə üçün ABŞ-la əməkdaşlığa davam edəcəklərini açıqlayıb.

Qeyd edək ki, Donald Tramp 12 iyunda Kim Çen İnlə Sinqapurda görüşəcək.

Comment here