DünyaManşetMANŞETÜSTÜ

“ABŞ Türkiyənin suverenliyinə hörmət etməzsə və Tramp hədsizliyinə son qoymazsa…” – Ərdoğanın “New York Times”a yazdığı sensasion məqalə

“ABŞ Türkiyənin suverenliyinə hörmət etməzsə və Tramp hədsizliyinə son qoymazsa…” – Ərdoğanın “New York Times”a yazdığı sensasion məqalə

“ABŞ Türkiyənin suverenliyinə hörmət etməzsə və Tramp hədsizliyinə son qoymazsa…” – Ərdoğanın “New York Times”a yazdığı sensasion məqalə

” Vaşinqton Türkiyənin alternativlərə malik olduğunu qəbul etməlidir. Bu tək tərəflilik və hörmətsizlik trendini tərsinə çevirməzlərsə, yeni dost və müttəfiqlər axtarmağa başlayacağıq.”

Fakttv.com Avropa.info-ya istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın New York Times qəzeti üçün qələmə aldığı yazıda Tramp administrasiyasına bu sözlərlə xəbərdarlıq edib. Ərdoğan ABŞ qəzeti üçün yazdığı “Türkiyə ABŞ-la krizə necə baxır” başlıqlı yazıda Vaşinqtonu Ankaraya qarşı sayğısızlıqda ittiham edib.

“Pisliyin dünyanın hər yerində pusqda durduğu bir vaxtda, uzun zamandır müttəfiqimiz olan ABŞ-ın Türkiyəyə qarşı atdığı birtərəfli addımlar yalnız ABŞ-ın maraqlarına və təhlükəsizliyinə zərər verir. Çox gec olmadan, Vaşinqton əlaqələrimizin asimmetrik ola biləcəyi haqda yanlış düşüncəsini bir kənara qoymalı və Türkiyənin alternativlərə malik olduğunu qəbul etməlidir. Bu tək tərəflilik və hörmətsizlik trendini tərsinə çevirməzlərsə, yeni dost və müttəfiqlər axtarmağa başlayacağıq.”

Türkiyə və ABŞ-ın son 60 ildir ki, strateji tərəfdaş və NATO müttəfiqi olduğuna, iki ölkənin Soyuq Müharibə dövründə və sonra qarşılaşdıqları ortaq çətinliklərə qarşı çiyin-çiyinə dayandığına işarə edən Ərdoğan, Ankaranın Vaşinqtona çox yardım etdiyini yazıb.

“Türkiyə illər boyu nə vaxt lazım olsa, ABŞ-a kömək etdi. Koreyada əsgərlərimiz birlikdə vuruşdu. Kuba raket böhranının ən yüksək olduğu dövrdə Türkiyə ərazisində Yupiter raketlərinin yerləşməsinə icazə verərək ABŞ-ın vəziyyəti sakitləşdirməsi səylərinə töhfə verdi. ”

Ərdoğan yazısında ABŞ-ın, türk xalqının narahatçılığını başa düşmədiyini və hörmət etmədiyini vurgulayıb.

“Təəssüf ki, bu təhlükəli trendi tərsinə çevirmək cəhdlərimiz boşa çıxdı. ABŞ, Türkiyənin suverenliyimizə hörmət etməzsə, millətimizin qarşı-qarşıya olduğu təhlükələri dərk etdiyini sübut etməzsə tərəfdaşlığımız riskə girə bilər.”

Ərdoğan yazısında Türkiyənin, Pensilvaniyada yaşayan Fetullah Gülənin başçısı olduğu Fətullahçı Terror Təşkilatının (FETÖ) mənsubları tərəfindən 15 iyul 2016-cı ildə təcavüzə məruz qaldığını xatırladıb.

“FETÖ-çülər hökumətimə qarşı qanlı çevrilişə cəhd etdi. O gecə milyonlarla vətəndaş küçələrə töküldü. Uzun zamandır mənim seçki kampaniyamı idarə edən sevgili dostum Erol Olçok və oğlu Abdullah Tayyib Olçokun da aralarında olduğu 251 məsum insan ölkəmizin azadlığı üçün ən ağır bədəli ödədi. Ailəmin və mənim ardımca gələn ölüm dəstəsi uğurlu olsaydı mən də onlardan biri olardım. Türk xalqı ABŞ-dan bu təcavüzü kəskin bir dillə pisləməsini və Türkiyənin seçilmiş hökuməti ilə həmrəyliyini dilə gətirməsini istədi. ABŞ bunu etmədi. ABŞ-ın hadisəyə reaksiyası qaneedici deyildi. Türk demokratiyasının yanında olmaq əvəzinə ABŞ rəsmiləri ehtiyatlı bir şəkildə Türkiyədə sabitlik, sülh və davamlılıq çağırışı etdilər. Bu da azmış kimi Türkiyənin iki tərəfli müqavilə ilə Fətullah Gülənin qaytarılması üçün verdiyi tələbdə heç bir irəliləyiş yoxdur.”

Ərdoğan, Türkiyə-ABŞ münasibətlərində başqa bir xəyal qırıqlığının isə terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG-yə ABŞ-ın verdiyi dəstək olduğuna diqqəti çəkib.

“Türkiyənin təxminlərinə görə, Vaşinqton son illərdə PYD/YPG-yə silah vermək üçün 5 min yük maşınından və 2 min yük təyyarəsindən istifadə dib. Hökumətim ABŞ rəsmilərinin PKK-nın Suriyadakı müttəfiqlərinə təhsil və təchizat vermə qərarlarından duyduğumuz narahatlığı təkrar-təkrar bölüşdü. Təəssüf ki, sözlərimizə qulaq tıxandı və ABŞ silahlarından ən nəhayət dinc əhalimizi və Suriya, İraq və Türkiyədəki təhlükəsizlik qüvvələrimizi hədəf almaq üçün istifadə edildi.”

Ərdoğan cəsus -keşiş  Endryu Brunsonın həbsi məsələsinə də toxunub. 

” Trampı bir çox görüşümüz və söhbətimizdə xəbərdar etdiyim kimi, hüquqi prosesə hörmət etmək əvəzinə, ABŞ dost bir millətə qarşı həddini aşan təhdidlər yağdırıb və 2 nazirimizə sanksiya tətbiq edib. Bu qərar qəbul edilməz, məntiqsiz və ən nəhayət uzun müddətli dostluğumuza zərər verir. Biz də bir neçə ABŞ rəsmisinə sanksiya tətbiq etdik. Hüquqi bir prosesə kimsə müdaxilə edə bilməz.

Türkiyə vaxt müəyyənləşdirdi və ABŞ tələblərimizə qulaq asmasa öz göbəyimizi özümüz kəsəcəyik. 1970-ci illərdə Türkiyə, Vaşinqtonun etirazlarına baxmayaraq, Kipr yunanları tərəfindən türklərə qarşı həyata keçirilən soyqırımı əngəlləmək üçün Kiprə girdi. Son zamanlar Vaşinqtonun Suriyanın şimalından gələn milli təhlükəsizlik təhdidi ilə bağlı bizim narahatlıqlarımızı ciddiliyini başa düşmədi. Nəticədə PKK/YPG və İŞİD-ə qarşı iki əməliyyat həyata keçirdik. Bu durumlarda olduğu kimi milli mənafeyimizi qorumaq üçün gərəkli addımları atacağıq”- Ərdoğan yazısında belə bildirib.

 

Comment here