DünyaManşetMANŞETÜSTÜ

ABŞ İncirliklə ilə bağlı qərarını verdi

 

ABŞ İncirliklə ilə bağlı qərarını verdi

ABŞ İncirlik aviabazasındakı hərbi mövcudluğunu sonlandırmaq fikrində deyil.

Fakttv.com axar.az-a istinadən xəbər verir ki, bunu TASS agentliyinə açıqlamasında ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Erik Paxon deyib.

“ABŞ Türkiyədəki mövcudluğundan imtina etmir. ABŞ onilliklər ərzində İncirlik bazasından istifadə edib və bundan NATO-dakı müttəfiqi Türkiyəni qorumaq üçün istifadə etməyə davam edəcək. Türkiyə NATO üzrə müttəfiqimiz və İŞİD-lə mübarizə koalisiyasında etibarlı tərəfdaşımızdır”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Yunanıstan mətbuatı ABŞ-ın İncirlik bazasını tərk edəcəyini və Yunanıstanda yeni baza yaradacağı haqqında məlumat yaymışdı.

 

Fakttv.com

 

Comment here