Huquqaz.com

İsmayıllı rayonunda fəaliyyət göstərən sahibkarlar “Açıq mikrofon” aksiyasında iştirak etdilər-FOTO

17.11.2022
1.673
İsmayıllı rayonunda fəaliyyət göstərən sahibkarlar “Açıq mikrofon” aksiyasında iştirak etdilər-FOTO

İsmayıllı rayonunda fəaliyyət göstərən sahibkarlar “Açıq mikrofon” aksiyasında iştirak etdilər.

“Bu aksiyanın keçirilməsində məqsəd sahibkarların qaz təchizatı ilə bağlı problemlərini və təkliflərini dinləmək, eyni zamanda onların qarşılaşdıqları çətinliklərin operativ şəkildə aradan qaldırılmasına köməklik etməkdir.”

Qanunla.Az xəbər verir ki, bu sözləri İsmayıllı rayonunda keçirilən “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşdə Birliyin baş direktorunun müavini Rəşad Cavadov bildirib. O, çıxışı zamanı sahibkarlara göstərilən dövlət qayğısından söz açaraq hər zaman sahibkarlara dəstək olduqlarını və bundan sonra da bu dəstəyin davam etdiriləcəyini qeyd edib. Aksiyada Birliyin məsul şəxsləri ilə yanaşı, İsmayıllı İcra Hakimiyyətinin və KOBİA-nın nümayəndəsi də iştirak edib.
Aksiyada söz alan Yaqub Xəlilov, Zülfüqar Kərimov və Uryupin Vasiliy təmsil etdikləri sahibkarlıq obyektlərinin yaranan debitor borcları barədə çıxış edərək bu məsələdə onlara köməklik göstərilməsini xahiş ediblər. Sahibkarlarla yanaşı, mikrofon önünə keçən Talıstan kənd sakini Nail Abdullayev qazın təzyiqinin aşağı olmasından, rayon sakini Məqamət Gülməmmədov isə fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı onlara köməklik göstərilməsini istəyiblər.
Sahibkarlara göstərilən diqqəti yüksək qiymətləndirən KOBİA nümayəndəsi Cavanşir Məhərrəmov təmsil etdiyi qurumun sahibkarlığın inkişafı istiqamətində gördüyü işlərdən söz açıb.
Aksiyada iştirak edən sahibkarlardan Nahid Şərifov, Teymur Comərdov və Anar Qəribov onlara göstərilən qayğı və diqqətə görə SOCAR rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bütün müraciətlər araşdırılması üçün qeydiyyata alınıb.

image-img-20221117-wa0020 image-img-20221117-wa0021 image-img-20221117-wa0022 image-img-20221117-wa0024 image-img-20221117-wa0023

Şərhlər

Şərh yazılmayıb.