Huquqaz.com

Konstitusiyasının qəbulunun Zəfər Gününə yaxın günə təsadüf etməsi isə bu tarixi daha da əlamətdar edir

13.11.2022
1.388
Konstitusiyasının qəbulunun Zəfər Gününə yaxın günə təsadüf etməsi isə bu tarixi daha da əlamətdar edir

Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun Zəfər Gününə yaxın günə təsadüf etməsi isə bu tarixi daha da əlamətdar edir.

Müstəqil dövlətimizin tarixində xüsusi yer tutan mühüm hadisənin – hüquq sisteminin özəyini təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin növbəti ildönümü qeyd olunur. İyirmi yeddi il bundan öncə – 1995-ci il noyabrın 12-də müstəqillik, suverenlik, demokratiya, dünyəvilik kimi dəyərlərin daimi və dönməz olduğunu bəyan edən ölkəmizin Əsas Qanunu qəbul edilib. Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 27-ci ildönümünün Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində parlaq Qələbəsi şərəfinə təsis edilmiş Zəfər Gününə yaxın günə təsadüf etməsi isə bu tarixi daha da əlamətdar edir.

1991-ci ildə Azərbaycanda dövlət müstəqilliyi bərpa edilsə də, ölkəmiz milli təhlükəsizliyi təhdid edən hərbi təcavüz, xarici təzyiqlər və daxili çəkişmələr, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik kimi ciddi problemlərlə üzləşdi. Ölkədə iqtisadiyyat dağıdılmış, insanların yaşayış səviyyəsi kəskin surətdə aşağı düşmüş, cinayətkarlığın səviyyəsi isə ciddi şəkildə artmış, sözün əsl mənasında hakimiyyət boşluğu yaranmışdı. Belə bir mürəkkəb zamanda ilk növbədə cəmiyyətdə sabitliyi bərpa etmək iqtidarında olan, həmçinin dövlətin milli maraqlarını təmsil edə biləcək siyasi qüvvə və iradəyə çox böyük ehtiyac yaranmışdı. Məhz bu cür çətin vəziyyətdə xalqımız ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini təkidlə tələb etdi və nəhayət, Ümummilli Lider 1993-cü ilin iyun ayında Bakıya qayıtdı. O zaman Ulu Öndər “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”,- deyərək olduqca məsuliyyətli missiyanı öz üzərinə götürdü.

Məlum olduğu kimi, qarşıdan gələn 2023-cü ildə milli Konstitusiyanın müəllifi, dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il sentyabrın 29-da imzaladığı Sərəncamla 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilib.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

Şərhlər

Şərh yazılmayıb.