Göygöl sakinlərini “Açıq mikrofon”a gətirən səbəblər bəlli oldu-FOTO
“Xahiş edirik , Göygöl rayonunun Yalqışlaq, Quşçu və Danayeri kəndlərinin yaxın gələcəkdə qazlaşdırılmasını həyata keçirəsiniz”.
Qanunla.Az xəbər verir ki, bu müraciətlə müvafiq olaraq Zülfüqar Abbasov, Koroğlu Məmmədov və Gülabatın Abbasova mikrofon önündə çıxış ediblər. Ümumilikdə 6 müraciətin səsləndirildiyi “Səyyar qəbul otağı”nın digər sakinləri qaz xəttinin yerinin dəyişdirilməsi ilə yanaşı, həm də göstərilən köməklikliyə görə SOCAR rəhbərliyinə təşəkkür ediblər. Görüşdə ünvanlanan müraciətlər SOCAR “Azəriqaz” İB-nin Gəncə Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin araşdırılmasına qərar verilib.
Şərh yazılmayıb.