Huquqaz.com

SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları davam edir

29.10.2022
1.552
SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları davam edir

Növbəti həftə (31.10-04.11.2022) daha 2 şəhər və 3 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Qanunla.Az xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Naftalan rayonunda (Nəriman Nərimanov Parkı), 2-ci günü saat 15:00-dan 16:00-dək Gəncə şəhərində (Məhəmməd Füzuli Parkı), 3-cü günü saat 11:00-dan 12:00-dək Goranboy rayonunda (Gənclər Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək isə Göygöl rayonunda (Heydər Əliyev Parkı), 5-ci günü saat 13:00-dan 14:00-dək isə Mingəçevir şəhərində (Mingəçevir Dövlət Dram Teatrı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Şərhlər

Şərh yazılmayıb.