Huquqaz.com

28 il ərzində Minsk qrupunun nəticəsi sıfıra bərabərdir

17.10.2022
1.908
28 il ərzində Minsk qrupunun nəticəsi sıfıra bərabərdir

ATƏT-in Minsk qrupu ATƏT-in Nazirlər Şurasının 24 mart 1992-ci ildə Helsinkidə keçirilmiş görüşündə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında münaqişənin sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmışdır. Qrup yaradılarkən əsas vəzifəsi problemin dinc vasitələrlə həll edilməsi olmuşdur. Dünya birliyinin də xəbər tutduğu erməni vandalizminin qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən 822, 853, 874, 884 saylı qətnamələr qəbul olundu. Qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünün tanınması, qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtması üçün həlledici bəndlər göstərilirdi. Lakin ATƏT-in Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin sülh yolu ilə icra edilməsini təmin etmək üçün səy göstərmədilər. Qrup tərəfindən işğalçı və işğal olunana eyni standartlar tətbiq edilərək, münaqişənin həlli istiqamətində hər hansı bir irəliləyşə nail olunmadı. Ümumilikdə ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermədi. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni heç bir ölkənin və heç bir beynəlxalq təşkilatın köməyi olmadan öz gücü ilə hərbi-siyasi yolla həll etdi.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı- Məleykə Hümbətova

Şərhlər

Şərh yazılmayıb.