Huquqaz.com

“Açıq mikrofon” Ağdaş sakinlərinin müraciətləri üçün quruldu-FOTO

19.09.2022
1.396
“Açıq mikrofon” Ağdaş sakinlərinin müraciətləri üçün quruldu-FOTO

“Açıq mikrofon” Ağdaş sakinlərinin müraciətləri üçün quruldu.

Qanunla.Az xəbər verir ki, bu gün Ağdaş rayonunda baş tutan aksiyada “Səyyar qəbul otağı” nın imkanlarından ümumilikdə 10 sakin istifadə edib. Müraciətlərdən 4-ü Qaradeyin, Abad və Ağzıbir kəndlərinin qazlaşdırılması ilə bağlı olub. Heydər Hüseynov, Ruzman Rəhimov və Nailə Həmidovanın bu istəyi ilə yanaşı, fərdi yaşayış evlərinin qazlaşdırılması, qaz xətlərinin yerinin dəyişdirilməsi, həmçinin küçə qaz xətlərinin çəkilməsi kimi müraciətlər də səsləndirilib. Aksiyada ünvanlanan müraciətlər Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin araşdırılmasına qərar verilib.

image-img-20220919-wa0062image-img-20220919-wa0064 image-img-20220919-wa0063

Şərhlər

Şərh yazılmayıb.