Huquqaz.com

Qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması strategiyası

18.09.2022
1.086
Qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması strategiyası

Qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması strategiyası

Ümummilli lider Heydər Əliyevin siyasətinin davamı olaraq Prezident cənab İlham Əliyev qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını, Azərbaycan xalqının süveren və müstəqil yaşamasını prioritet məsələ kimi qarşıya qoyub. Bununla bağlı Prezident cənab İlham Əliyev bildirmişdir: “Bizim qarşımızda duran ən vacib, ən önəmli məsələ Azərbaycan torpaqlarının işğalçı qüvvələrdən təmizlənməsi, soydaşlarımızın, qaçqın-köçkün bacı-qardaşlarımızın öz doğma torpaqlarına qayıtmasıdır. Bizim qarşımızda duran bundan başqa, bundan daha önəmli vəzifə yoxdur. Çünki bütün başqa məsələlər öz həllini tapır və tapacaqdır”.Bu gün Azərbaycan xalqı öz tarixinin ən şanlı, şərəfli və qürurlu dövrlərindən birini yaşayır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımız düşmən işğalından azad olundu. İnsanlarımız illərdir səbirsizliklə torpaqlarımızın işğaldan azad olunacağı günü gözləyirdilər. Onlar inamlarını heç zaman itirmədilər. İnanırdılar ki, doğma yurda qayıdacaqları gün uzaqda deyil. 30 ilə yaxın müddətdə insanlarımız bir çox çətinliklərlə üzləşdilər. Biz əminik ki, cənab Prezidentimizin də qeyd etdiyi kimi, məcburi köçkün soydaşlarımız üçün işğaldan azad olunmuş doğma torpaqlarımızda cənnət məkanı yaradılacaq. Ora qayıtmaq isə hər bir keçmiş məcburi köçkün üçün bir fəxarət hissi olacaq

 Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Kamal Xəlilov

Şərhlər

Şərh yazılmayıb.