Huquqaz.com

Rayonun iç üzü – FOTO

15.09.2022
1.899
Rayonun iç üzü – FOTO

Çox təəssüflə deməliyik ki, hər dəfə hansı bir mövzu barəsində material hazırlayarkən, “ötən yayımımızda filan mövzu barəsində məlumat dərc etmişdik”, yaxud “bir neçə gün (ay) əvvəl bu mövzu barəsində məlumat yayımlamışdıq” sözləri ilə giriş vermək məcburiyyətində qalırıq. Çünki, nə qədər yazsaq, nə qədər desək də əksər problemlər dəyişməz olaraq qalır. Bu da ondan irəli gəlir ki, hər problemi aidiyyatı qurum (müəssisə, idarə) görməzdən gəlir. Belə olan halda, adamın ağlına “zatən nədənsə, kimdənsə çəkinəcək, qorxacaq olsaydılar ən başdan bu problemi özləri yaratmazdılar, yaxud özləri bizdən əvvəl gördükdə dərhal həll edərdilər” kimi fikirlər gəlir.

Və budur, Xətai rayonundan da bəhs edərkən, ilk ağlımıza gələn ifadə belədir :

DogruXeber.az” informasiya portalında ötən yayımlarımızda Xətai rayonunda İzzət Orucova küçəsindəki baxımsız qalmış ərazi, həmçinin “8 noyabr” (keçmiş Nobel) prospektində açıq qalmış kanalizasiya quyuları və 59 nömrəli tam orta məktəbin yaxınlığındakı küçənin məişət tullantıları və yabanı bitkilərlə “zəngin” olduğunu qeyd etmişdik.

Xətai rayonunda problemlər bitmir – VİDEO // FOTO

Allah var, sözügedən küçə yabanı bitkilərdən elə ertəsi günü təmizləndi. Düzdür, məişət tullantılarından təmizlənməsə də qamışlıq, tikan kolları təmizləndi. Amma, onu deyək ki, yalnız şəkillərdə görünən hissəsi. Elə həmin küçə ilə, üzü Kazımağa Kərimov istiqamətində cəmi bir neçə metr irəliləsəydilər, qalan tikan kolları və yabanı bitkiləri də görüb təmizləyərdilər bəlkə də…

Rayonun iç üzü - FOTO

Rayonun iç üzü - FOTO

Material yayımlandığı günün səhəri Xətai rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsi şərh bölməsində açıq qalmış kanalizasiya quyuların yeni qapaqlarla təmin edildiyin və küçənin təmizləndiyi barəsində bizə də məlumat verdi.

Bəli, həqiqətən də quyulara yeni qapaqlar örtülüb, küçənin, dediyimiz kimi, şəkildə olan hissəsi təmizlənib. Lakin, İzzət Orucova küçəsindəki Ukrayna səfirliyinə bağışlandığı deyilən kiçik ərazinin də tezliklə tərəflərindən təmizlənəcəyi bildirilsə də hələlik dəyişən bir şey yoxdur. Güman edirik yaxın günlərdə digər problemlər də həllini tapacaqdır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Şərhlər

Şərh yazılmayıb.