Huquqaz.com

Xalqa həsr olunmuş ömür

04.09.2022
1.688
Xalqa həsr olunmuş ömür

Xalqa həsr olunmuş ömür

Dövlətlərin və xalqların tarixində liderlərin, böyük şəxsiyyətlərin əvəzolunmaz xidmətləri var. Məhz güclü liderlərin sayəsində hər bir xalq özünün düzgün inkişaf yolunu seçmiş, dövlətçiliyini qoruyub gücləndirmişdir. Ümummilli lider Heydər Əliyev xalqımızın taleyində müstəsna rolu olan belə tarixi şəxsiyyətdir. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri çoxəsrlik tariximizin ən parlaq səhifələridir. Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoymuşdu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində Muxtar Respublikanın həyatında əsaslı dönüş yaranmış, dahi rəhbərin xarici ölkələrə səfərləri, apardığı danışıqlar regionda blokada şəraitinin yaratdığı böhranın aradan qaldırılması, iqtisadi problemlərin və enerji məsələlərinin həllində əhəmiyyətli rol oynamışdır. Dahi şəxsiyyətin xalqımız və dövlətimiz qarşısında tarixi xidmətinin ən mühüm mərhələsi isə müstəqilliyimizin ilk illərində uğurla həyata keçirdiyi xilaskarlıq missiyasıdır. Xalqın səsinə səs verən Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi rəhbərliyə gəlişi Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu. Ulu öndər Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə müstəqilliyimizin əbədi olmasını təmin etdi, müasir Azərbaycan dövlətinin banisinə çevrildi. Ümummilli lider qısa vaxt içərisində ölkədə sabitliyi və əmin-amanlığı bərpa etdi və beləliklə yenicə müstəqilliyinə qovuşmuş ölkəmizdə inkişaf və çiçəklənmə dövrü başlanmış oldu.

Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi- Ələkbər Kərimov

Şərhlər

Şərh yazılmayıb.