Huquqaz.com

Sosial şəbəkədə aktiv dövlət qurumları arasında “Azəriqaz” İB birinci yerdə qərarlaşdı

03.09.2022
1.525
Sosial şəbəkədə aktiv dövlət qurumları arasında “Azəriqaz” İB birinci yerdə qərarlaşdı
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz “Facebook” səhifəsində sosial şəbəkədə aktivliyi ilə seçilən dövlət qurumları haqda paylaşım edib. O, paylaşımında qeyd edir ki, son zamanlar bir sıra dövlət qurumları sosial mediada xeyli aktivləşib. “Bir çox dövlət qurumlarında dəqiq qrafik üzrə qurumun 1-ci şəxsi və ya rəhbər şəxslər səviyyəsində canlı yayımlar, video qəbullar və sual-cavablar təşkil olunur. Güman etmək olar ki , məhz bunun nəticəsidir ki, hətta ictimai rəydə tez-tez tənqid olunan qurumlar sosial mediaya inteqrasiyadan sonra onların reputasiyasında müsbət istiqamətdə irəliləyiş də hiss olunur. Yəni, bir çox dövlət qurumları vətəndaşlarla daha çevik və effektiv informasiya münasibətləri qurmaqla bərabər, həm də nüfuza xələl gətirə biləcək risklərin və böhranlı vəziyyətin qarşısını zamanında almaq üçün sosial mediadan çox effektiv istifadə edirlər.
Daha sonra Osman Gündüz müşahidələri və qısa araşdırmaları əsasında son zamanlarda sosial mediada daha aktiv olan dövlət qurumlarının adlarını təqdim edib. “Azəriqaz” İstehsalat Birliyi birinci yerdə qərarlaşıb.1. “Azəriqaz” İstehsalat Birliyi;
2. Baş Prokurorluq;
3. Təhsil Nazirliyi;
4. Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
5. Dövlət Miqrasiya Xidməti.Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev 2021-ci il yanvar ayının 22-dən etibarən “Facebook” sosial şəbəkəsi üzərindən hər həftənin 5-ci günü saat 14:00-da canlı yayım təşkil edir. Bu yayımlarda ünvanlanan suallar cavablandırılır, müraciətlər qeydə alınır. Baş direktorla yanaşı hər həftə qurumun bir məsul şəxsi də yayıma qatılır. Proses zamanı qaz təchizatındakı problemləri digər struktur rəhbərləri də yaxından izləyir və operativ olaraq münasibət bildirilir.
Sosial şəbəkədə təşkil olunan canlı yayımlar barədə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarına müsahibə verib. Müsahibə ilə qeyd olunan keçiddən tanış ola bilərsiz:
Şərhlər

Şərh yazılmayıb.