Huquqaz.com

Azərbaycan dilinin qorunmasına xidmət edən Dövlət Proqramı

01.08.2022
1.961
Azərbaycan dilinin qorunmasına xidmət edən Dövlət Proqramı

Azərbaycan dilinin qorunmasına xidmət edən Dövlət Proqramı

Bu gün Azər­bay­can dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılmışdır. Eyni zamanda elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.
Respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azər­bay­­canlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli li­deri Heydər Əliyevin adı ilə bağlıdır.Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təs­biti, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli 506 nömrəli və “Azərbaycan əlif­ba­sı və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust ta­rix­li 552 nömrəli fərmanları, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haq­qın­da” Azərbaycan Respublikasının Qanunu və dil siyasəti sahəsində nor­mativ hüquqi akt­lar, həmçinin digər tədbirlər Azərbaycanda dilçilik sa­hə­sinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir.Dövlət Proqramının məqsədi Azərbaycan dili­nin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qlo­bal­laşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araş­dır­ma­la­rının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fun­da­men­­tal və tətbiqi tədqiqatları­n inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləş­di­ril­­məsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini tə­min etməkdir.

Zərdab rayon Çallı kənd tam orta məktəbin direktoru- Babək Mikayılov

Şərhlər

Şərh yazılmayıb.