Huquqaz.com

İstisu qəsəbəsinin inkişafı ilə bağlı konkret addımlar atılır

30.06.2022
1.349
İstisu qəsəbəsinin inkişafı ilə bağlı konkret addımlar atılır

İstisu qəsəbəsinin inkişafı ilə bağlı konkret addımlar atılır

Prezident cənab İlham Əliyevin Kəlbəcərə səfəri zamanı səsləndirdiyi fikirlər Azərbaycan dövlətinin öz qətiyyətli mövqeyindən bir addım da geri çəkilmədiyini, bütün hədəflərinə doğru   addım-addım irələdiyini göstərir.Azərbaycan Prezidenti cənab İlham Əliyevin qalib lider kimi Kəlbəcər rayonuna səfəri mühüm tarixi və strateji əhəmiyyətə malikdir.Azərbaycan 44 günlük müharibədə bir çox mifi darmadağın edərək reallığın nədən ibarət olduğunu təkcə işğalçı Ermənistana deyil, hələ də müstəmləkəçilik təffəküru ilə yaşayan mərkəzlərə,ermənipərəst və islamfob dairələrə sübut etdi. Böyük  Qayıdışın çox yüksək səviyyədə olduğunu bir daha Ali Baş Komandan hər kəsin nəzərinə çatdırdı. Cənab Prezident tərəfindən 26 iyun tarixində təməli qoyulan və 34  hektar ərazidə salınmasi nəzərdə tutulan İstisu İstirahət-Müalicə kompleksi istifadəyə verildikdən sonra bölgəyə geniş turist axının olmasına imkan yaradacaqdır. Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, xalqımızın birliyi və ordumuzun əzmi ilə torpaqlarımızın işğaldan azad olunması, hal-hazırda həmin ərazilərdə quruluculuq,abadlıq işlərinin görülməsiölkəmiz istədiyi bütün hədəflərə nail ola bilmə bacarığını  və qarşıya qoyulan bütün məqsədlərin icra ediləcəyini bütün dünyaya sübut edir.

 

Zərdab şəhər sakini Jalə Kərimli

Fəal gənc

Şərhlər

Şərh yazılmayıb.