Huquqaz.com

Bu gün Kəlbəcərdə quruculuq işləri gedir

30.06.2022
1.683
Bu gün Kəlbəcərdə quruculuq işləri gedir

Bu gün Kəlbəcərdə quruculuq işləri gedir.Kəlbəcərin infrastrukturu,elektrik təchizatı,su təchizatı,evlərin tikilməsi-artıq buna start verilir.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il Azərbaycan Ordusunun qısa zaman ərzində44 gündə işğal altında olan tarixi torpaqlarımızın düşmən əsarətindən geri qaytarması hazırda bu ərazilərdə bərpa prosesinin sürətlə aparılmasına zəmin yaradıb. Əzəli yaşayış sahələrimizdə tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq üçün bu torpaqlarda mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarının və digər sərmayələrin cəlb edilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Bu gün Kəlbəcərdə quruculuq işləri gedir. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsinə start verilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru bərpa ediləcəkdir. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə – Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcəkdir. Cənab Prezident İlham Əliyevin iştirakı ilə Su zavodunun təməli qoyuldu. Vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcəkdir. Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef, həm də təbiət baxımından ən çətin bölgədir. Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı lazımi addımlar atılır. Kəlbəcərin özünəməxsus füsunkar təbiəti var. Kəlbəcər şəhərinin Baş planının təsdiq olunması təbii gözəlliyi ehtiva edir. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və digər tikililər inşa ediləcək. Görülən bütün bu işlər azadlığından abadlığına uzanan yolda uğurla addımlayan Kəlbəcərin xoş günlərə yaxınlaşdığının göstəriciləridir.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin fond mühafizi Leyla Əliyeva.

Şərhlər

Şərh yazılmayıb.