Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir “yaşıl enerji “və “sıfır tullantı “konsepsiyasını tətbiq edir
Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir “yaşıl enerji “və “sıfır tullantı “konsepsiyasını tətbiq edir
İşğaldan azad edilmiş ərazilərimizə bu gün həyat yenidən qayıdır. Azadlığına qovuşmuş doğma Qarabağımız quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Vətən müharibəsi bitər-bitməz azad edilmiş ərazilərin bərpasına başlanılması, bir sıra infrastruktur layihələrin həyata keçirilməsibir daha onu göstərir ki, Qarabağın bərpası və inkişafı Azərbaycan dövləti üçün ən prioritet məsələdir.Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda keçirilən 11-ci sessiyada videoformatda çıxış edən Prezident cənab İlham Əliyevin də q eyd etdiyi kimi ümumilikdə, yenidənqurma prosesində bizim hədəfimiz keyfiyyət və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması prioritetlərimiz sırasında olacaq. Məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.
Zərdab şəhər sakini Jalə Kərimli
Fəal gənc
Şərh yazılmayıb.