Huquqaz.com

15 iyun – Milli Qurtuluş günü Müasir tariximizin ənparlaq səhifələrindən biridir

14.06.2022
1.422
15 iyun – Milli Qurtuluş günü Müasir tariximizin ənparlaq səhifələrindən biridir

15 iyun – Milli Qurtuluş günü Müasir tariximizin ənparlaq səhifələrindən biridir

 

Azərbaycan tarixinin şanlı səhifələrindən olan 15 iyun 1993-cu il tarixindən 29 il ötür. Öz ömürünü Azərbaycanın inkişafına, tərəqqisinə həsr etmiş Ümummilli lider Heydər Əliyevin zəngin təcrübəsi, yüksək idarəçilik bacarığı sayəsində həmin tarixdən etibarən ölkəmiz öz müstəqilliyini itirmək təhlükəsindən xilas edildi, Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlağa başladı. Dahi şəxsiyyət öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tuğyan edən ictimai siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Ulu öndər qısa zaman kəsiyində ölkəmizin inkişafı, beynəlxalq əlaqələrin qurulması istiqamətində mühüm addımlar atdı. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil ölkəmizin davamlı inkişafında özünü açıq aydın şəkildə biruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu günü gündən artır. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, düşünülmüş, qətiyyətli siyasət nəticəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər Ümummilli lider Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirildiyinin əyani təzahürüdür. Bu gün dahi rəhbərin ruhu şaddır. Çünki ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli orduzumuz neçə illik həsrətə son qoydu. Bu gün doğma Qarabağımızda üç rəngli bayrağımız dalğalanır, işğaldan azad olunmuş ərazilərimiz inkişaf proseslərinə şahidlik edir. Davamlı olaraq həyata keçirilən uğurlu siyasi xətt bizi əmin edir ki, Ulu öndər Heydər Əliyevin banisi olduğu müasir dövlətimiz Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcək və yeni yeni uğurlara imza atılacaqdır.

Ələkbər Kərimov

Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi

Şərhlər

Şərh yazılmayıb.