Huquqaz.com

Zəngəzur dəhlizinin açılması önəmli məsələdir

30.05.2022
1.813
Zəngəzur dəhlizinin açılması önəmli məsələdir

Zəngəzur dəhlizinin açılması önəmli məsələdir


Prezidentimiz cənab İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən Zəngəzur qəzasının Azərbaycanın əlindən alınıb Ermənistana verilməsindən bəhs edib. Dövlət başçısı bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan az sonra – 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana birləşdirildi. Bu, Sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı yürütdüyü növbəti düşmənçilik və ədalətsizlik faktı idi: “Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi”.
Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. Ermənilərin “tarixi əzəli torpaqları”nı yaratmaq siyasəti mərhələ-mərhələ həyata keçirilib. Əvvəlcə onlar Azərbaycan torpaqlarında, yəni keçmiş İrəvan xanlığı ərazisində kiçik Ermənistan Respublikasını yaradıb, tədricən onun ərazisini böyüdüblər. Tarixdən bəllidir ki, İran və Rusiya arasında “Gülüstan”, “Türkmənçay”, Rusiya və Türkiyə arasında “Andrianopol” müqaviləsi imzalandıqdan sonra İran və Türkiyədən ermənilərin kütləvi halda Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. Torpaqları zəbt olunan azərbaycanlılar isə süni şəkildə qaçqın və məcburi köçkün vəziyyətinə salınıblar.
Azərbaycanın tarixi mahalı olan Zəngəzur da digər ərazilərimiz kimi ermənilərin işğalçılıq siyasətinə məruz qalıb.Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Meğri (Mehri) Zəngilan Qubadlı və Laçının bir hissəsini əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk, 91 kürd və 81 erməni kəndi var idi. 44 günlük “Dəmir Yumruq” əməliyyatı ilə zəfər çalan Azərbaycan və onun müdrik rəhbəri cənab  İlham Əliyev tarixi ədaləti bərpa etdi və  bizdən zorla qoparılan Vətən torpaqlarınıgeriqaytardı.

 

Zərdab rayonu Ş.Qurbanov adına 2 saylı tam orta məktəbin müəllimi -Ağayeva Rüxsanə

Şərhlər

Şərh yazılmayıb.