Huquqaz.com

Əzizov onu Aparat rəhbəri təyin etdi

14.05.2022
1.818
Əzizov onu Aparat rəhbəri təyin etdi

Ayaz İmaməliyev Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Aparat rəhbəri təyin olunub.

Hüquqaz.com xəbər verir ki, bu barədə BŞİH başçısı Eldar Əzizov əmr imzalayıb.

A.İmaməliyev bundan əvvəl BŞİH Aparatının ümumi şöbəsinin və İcra Hakimiyyətinin tabeliyində olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi olub.

Xatırladaq ki, BŞİH-in keçmiş Aparat rəhbəri Elgin Həbibullayev Prezident İlham Əliyevin sərəncamı ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Şərhlər

Şərh yazılmayıb.