Huquqaz.com

Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? – FOTO

13.05.2022
1.468
Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? – FOTO

“DogruXeber.az” xəbər verir ki, Xətai rayonu, Həzi Aslanov qəsəbəsində küçələrdə təmir-bərpa işləri aparılır. Lakin, təəssüflər olsun ki, buna “əsaslı” sözünü əlavə edə bilmirik.

Nənələrimiz demişkən, “söz vaxtına çəkər”. Ötən ilin aprel-may aylarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Xətai rayonunun digər ərazilərində aparılan təmir-bərpa işləri barəsində məlumatında, “Aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunub. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.” cümlələri qeyd edilib.

Çox təəssüflər olsun ki, Xətai rayon, Həzi Aslanov qəsəbəsində – Şirin Mirzəyev, Corat, Kazımağa Kərimov küçələri və digər ətraf ərazilərdə aparılan təmir işləri barəsində bu cümlələr tamamilə dəxlisiz qalır. Ona görə ki, həmin bərbad, çala-çuxur küçələrdə heç də yuxarıda AAYDA-nin dediyi o frezlənmə, həmçinin yararsız qrunt qazılması və bu kimi işlərin heç biri aparılmayıb. Birbaşa asvalt döşənir, vəssalam.

Doğrusu, yenicə asfaltlanmış təptəzə “qara küçələr” təqdirəlayiq hal kimi diqqətimizi çəkdi. Elə bu barədə digər rayon və bölgələrə də nümunə olsun və eyni zamanda hər kəs görülən gözəl işlərdən məlumatlı olsun deyə, görülən işlərin fotoşəkillərini də çəkib, ictimailəşdirmək qərarına gəldik. Odur ki, sözügedən ərazilərdə yaşayan sakinlərin də bu barədə sevinərək xoş sözlər deyəcəkləri və bunu da yayımlayacağımız məlumata əlavə edəcəyimiz “həvəsi” ilə bəzi sakinlərə yaxınlaşdıq. Lakin, onların nə gözlərində, nə sözlərində gözlədiyimiz kimi sevinc işığı görmədik. Sən demə ilin-günün bu vaxtı asfalt örtüyü döşənən küçələrin sakinlərindən hər ev üçün 50 (əlli) AZN pul alınıbmış. Yəni, küçələrinin abadlaşdırılması üçün sakinlər şəxsi büdcələrinə minnətdardırlar.

İndi gəl gör ki, həmin küçələrdə “əsaslı təmir-bərpa işlərinin aparılması” adı ilə büdcədən nə qədər vəsait silinir. Təmiri də sakinlər özləri şəxsi büdcəsi ilə həyata keçirdiyinə görə sual yaranır. Bəs o “təmir-bərpa” adı ilə silinən məbləğ hara axıb? Kimlər tərəfindən, nəyə xərclənib?

Bu barədə, eyni zamanda Xətai rayon ərazisində süni vasitələrlə qurudulan və kəsilən ağaclar barəsində ətraflı araşdırma məlumatları növbəti günlərdə diqqətinizə çatdıracağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO

Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO

Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO

Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO

Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO

Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO

Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO

Şərhlər

Şərh yazılmayıb.