Huquqaz.com

Heydər Əliyevin parlaq siması 100 il sonra da gələcək nəsillərin yaddaşında qalacaq

12.05.2022
1.331
Heydər Əliyevin parlaq siması 100 il sonra da gələcək nəsillərin yaddaşında qalacaq

Qanunla.Az  xəbər verir ki “Zirvə” İslahatlara Dəstək ictimai birliyinin və “Sabaha inam” Sosial İnkişaf ictimai birliyinin, Ümummilli lider H.Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunan “Heydər Əliyev və müasir Azərbaycan” adlı birgə tədbir keçirilib.

Tədbirdə çıxış edən “Zirvə” İslahatlara Dəstək ictimai birliyinin sədri, hərbi ekspert Elçin Axundzadə bildirib ki, ulu öndərimizin uzaqgörənliyi, xalqına və dövlətinə verdiyi sonsuz dəyəri nəticəsində təlatümlər içində boğulan, parçalanma təhlükəsi ilə üz-üzə qalan Azərbaycanımızda möhkəm xalq-iqtidar birliyi formalaşdırılmağa başlandı və qüdrətli, güclü dövlətin təməli qoyuldu. Ötən əsrin 90-cı illərinin əvvəllərində məhv olmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqı yeganə çıxış yolunu Heydər Əliyevdə gördü və əminliklə öz liderinə etimad göstərdi. İlk növbədə, bu sonsuz etimad hər bir azərbaycanlının gələcəyə ümidini itirməməsinə, təşəkkül tapmasına səbəb oldu. Bu təşəkkül və təcəssüm hələ ilkin kövrək addımların başlanğıcı idi, qarşıda isə həmin addımları möhkəmləndirmək məsuliyyəti dayanırdı.

” Bu gün Qarabağdakı qələbəmiz birmənalı olaraq onun yazdığı strategiyadır. Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə Heydər Əliyev anılır” bunu da Elçin Axundzadə öz çıxışında vurğulayıb.

“Sabaha inam” Sosial İnkişaf ictimai birliyinin sədri Vüsal Əliyev isə bildirib ki, xalqların taleyində, dönüş nöqtəsində konkret rol oynayan şəxsiyyətlər olur. Bu şəxsiyyətlər tarix yaradır və əbədiləşir. H.Əliyevin parlaq siması, onun tarixdə oynadığı rol 100 il sonra da gələcək nəsillərin yaddaşında qalacaq.

Mərasimdə ölkədə fəaliyyət göstərən ictimai birlik sədrləri də iştirak ediblər. Onlar H.Əliyev haqqında xatirə və düşüncələrini paylaşıblar.
Tədbirin sonunda ümummilli liderin zəngin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub, xatirə fotoları çəkilib.

Şərhlər

Şərh yazılmayıb.