Huquqaz.com

Heydər Əliyev Azərbaycanı bir dövlət kimi müstəqilliyini itirmək təhlükəsindən xilas etmişdir

09.05.2022
1.552
Heydər Əliyev Azərbaycanı bir dövlət kimi müstəqilliyini itirmək təhlükəsindən xilas etmişdir

Heydər Əliyev Azərbaycanı bir dövlət kimi müstəqilliyini itirmək təhlükəsindən xilas etmişdir

Bir sözlə, Heydər Əliyev dövlət və xalq naminə bir insanın, rəhbərin, şəxsin edə biləcəyi nə varsa, hamısını edib. Və bu nailiyyətləri etibarlı əllərə ötürüb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 18 ilin bənzərsiz uğurlu nəticələri və xüsusilə,  ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər bu danılmaz  həqiqətin bariz sübutudur.

Tarixi paralellər aparsaq, görərik ki, Heydər Əliyev Azərbaycanı bir dövlət kimi müstəqilliyini itirmək təhlükəsindən xilas etmiş, İlham Əliyev isə bu siyasəti davam etdirərək ölkənin ərazi bütövlüyünü təmin etmişdir. Bunların hər ikisi –müstəqillik və ərazi bütövlüyü tarixi xilaskarlıq missiyasının bir-birini tamamlayan qoşa qanadlarıdır. Çünki dövlətin mövcudluğu baxımından vəhdətdə olmalı bu iki şərtin birini digərsiz təsəvvür etmək mümkün deyil. Azərbaycanın nail olduğu bu uğur siyasi varisliyin ən bariz nümunəsidir.

Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı, şübhəsiz, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra xalqımız üçün ən gözəl müjdədir. Həqiqətən də bu, çox əhəmiyyətli və dəyərli bir təşəbbüsdür. Böyük siyasi əhəmiyyət kəsb edən bu tədbiri ilk öncə azərbaycan xalqının milli birliyinin təcəssümü kimi dəyərləndirmək lazımdır. Mədəniyyət paytaxtımız olan azad Şuşada keçirilən bu toplantı bir daha sübut etdi ki, sayı 50 milyonu ötmüş dünya azərbaycanlılarının ürəyi hər zaman  doğma Vətənin nəbzi ilə bir vurur. Bu, dünyaya verilən bir ismarıcdır: biz hər zaman öz milli mənliyimizə və qürurumuza sahib çıxa biləcək böyük və qalib xalqıq.

Milli həmrəylikdən söz düşərkən ilk növbədə gözümüzün önündə ən böyük azərbaycanlı saydığımız Ulu öndər Heydər Əliyevin siması canlanır. Çünki bu istiqamətdə fundamental uğurların əldə olunması, həqiqətən də,  ilk növbədə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə onun yenidən hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, xaricdə yaşayan həmvətənlərimizlə bağlı fəaliyyətin inkişafı istiqamətində də mühüm addımlar atıldı. 2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi təsis edildikdən sonra milli diaspor hərəkatı daha geniş vüsət aldı.

Heydər Əliyev məhz soydaşlarımızın “azərbaycançılıq” ideyası ətrafında sıx birləşərək təşkilatlanması istiqamətində  göstərdiyi ölçüyəgəlməz xidmətləri sayəsində “ümummilli lider” zirvəsinə yüksəlmişdir. Ona görə də “Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam!” sözləri bu gün vətəninə və xalqına bağlı olan hər bir azərbaycanlının milli birlik şüarına çevrilərək həmrəylik himni kimi səslənir. Bu mənada “Zəfər qurultayı”nın Ulu öndər Heydər Əliyevin anadan olmasının növbəti ildönümü ərəfəsində baş tutması, hesab edirəm ki,  həm də Heydər Əliyev şəxsiyyətinə milli ehtiramın ifadəsidir.

 

Rəmzi Şirinov-Zərdab rayonu Dəkkəoba kənd sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.