Huquqaz.com

Rəsmi İrəvan törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşımalıdır

06.05.2022
1.482
Rəsmi İrəvan törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşımalıdır

Rəsmi İrəvan törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşımalıdır.

Qarabağ Azərbaycanın ən gözəl regionlarından biridir. Füsunkar mənzərəli təbiəti, zəngin mənəvi və mədəni ənənələri olan Qarabağ bir çox görkəmli azərbaycanlı alimlərin, şairlərin, yazıçıların, sənətkarların, musiqiçilərin və xanəndələrin doğulduğu yerdir. Qarabağ Azərbaycan musiqisinin beşiyidir. Azərbaycan xalq folklorunun ən qədim, ən nadir nümunələrindən olan yüzlərlə musiqi əsərləri Qarabağda yaradılmışdır. Qarabağ Azərbaycanın ən qədim tarixi bölgələrindən biridir. 1968-ci ildə Qarabağ ərazisində yerləşən Azıx mağarasında qədim insanın qalıqları tapılmışdır. Güman ki, bu ərazidə insanlar hələ 250-300 min il əvvəl yaşamışlar. Bu qədim torpaqların zəngin təbiəti və təbii sərvətləri həmişə diqqət mərkəzində olmuşdu. Təəssüf ki, 30 ilə yaxın işğal nəticəsində bu ərazilərdə bütün sərvətlərimiz istismar olunub, talanıb. Düşmən hər şeyi özününküləşdirərək iyrənc əməllərindən geri qalmamışdır. Burada olan mədəniyyət ocaqları, tarixi abidələr də məhv edilmiş, dağıdılmış və qədim tarixə malik olan qiymətli əşyalar ölkəmizdən çıxarılmışdır. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Qarabağın müxtəlif bölgələrində qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış əşyalar Ermənistana daşınmışdır. Tarixi-mədəni abidələrimiz talan edilmiş, bütün infrastruktur məhv edilmiş, qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri vəhşicəsinə uçurulmuş, ziyarətgahlar darmadağın edilmişdir. Bütün bu dağıntılara, maddi və mənəvi ziyana rəğmən dövlətimiz bir tərəfdən də barbarlığa məruz qalan dini, tarixi, mədəni abidələrimizin bərpası ilə məşğuldur. Qarabağın mədəniyyət beşiyi hesab edilən Şuşada başlayan mədəni quruculuq işləri digər bölgələrimizdə də davam etdiriləcək. Qısa bir müddət ərzində Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpasına başlanıldı, Bülbülün ev muzeyinin açılışı baş tutdu, Natəvan bulağı bərpa edildi.

Zərdab rayonu Lələağacı kənd ümumi orta məktəbin müəllimi- M.Səadət

Şərhlər

Şərh yazılmayıb.