Huquqaz.com

ZƏNGİLAN RAYONUNDA BÖYÜK TURİZM  POTENSİALI  VARDIR

06.05.2022
1.655
ZƏNGİLAN RAYONUNDA BÖYÜK TURİZM  POTENSİALI  VARDIR

ZƏNGİLAN RAYONUNDA BÖYÜK TURİZM  POTENSİALI  VARDIR

 

İşğaldan azad edilmiş ərazilərdə yeni regional idarəetmə modeli uğurla tətbiq edilməkdədir. Mayın 4-də Zəngilan rayonuna xüsusi nümayəndənin təyin olunması da bunun göstəricisidir. Artıq  Zəngilan rayonu da digər ərazilər kimi yenidən qurulur, dirçəldilir.Zəngilan rayonuna xüsusi nümayəndə təyin olunan Vahid Hacıyevi videoformatda qəbul edən Prezidentimiz cənab İlham Əliyev Zəngilan haqqında çox əhatəli məlumat verərək onun qarşısında mühüm vəzifələr müəyyənləşdirdi. Ölkə başçsı çıxışında vurğuladı ki, Azərbaycanın işğal olunmuş digər əraziləri kimi Zəngilan rayonu da erməni vandalizimindən əziyyət çəkib. Demək olar ki, bu rayon tamamilə yerlə yeksan edilib və cəmi bir-iki salamat bina qalıb ki, o binaları da erməni hərbçiləri istifadə edirmişlər. Həmçinin Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur. Artıq Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işləri başlanıb və hazırda Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi əsaslı şəkildə təmir olunur. Erməni vandalları bu məscidi tamamilə dağıtmışdılar və məscidin cəmi bir divarı qalmışdı.

Zəngəzur artıq geniş tikinti meydançasına çevrilib. Qələbədən sonra dayanmadan, fasiləsiz bərpa işlərinə start verilib. Böyük tikinti meydanına çevrilən bölgələrdən biri olan Zəngilan rayonu həm də Şərqi Zəngəzur iqtisadi rayonunun qapısıdır, iqtisadi, siyasi-hərbi cəhətdən strateji əhəmiyyət kəsb edir.

Bu  rayon müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən qızıl, civə, mis, qurğuşun və sink, molibden, üzlük və mişar daşı, sement xammalı, müxtəlif növ tikinti və sənaye mallarına görə zəngin resurslara malikdir: Bütün bunlar rayonun iqtisadi əhəmiyyətini artırır və xarici investorların marağına səbəb olmaqdadır. Artıq xarici şirkətlər burada layihələrə başlamaqdadır. Türkiyə, Cənubi Koreya, İtaliya, İsrail, Çin, Rusiya və digər ölkələrin şirkətləri kifayət qədər böyük layihələr icra edəcək ki, bu da Zəngilanın iqtisadiyyatımıza inteqrasiyasını gücləndirəcək, xarici ölkələrə çıxışını təmin edəcək və burada yeni iş yerlərinin yaradılmasına böyük töhfə verəcək.

Zəngilan hava limanının da böyük strateji əhəmiyyəti var: “Bu hava limanının əsası cəmi bir neçə ay əvvəl qoyulub, ancaq bu müddətdə xeyli işlər görülüb. Gələn il istifadəyə veriləcək hava limanı vasitəsilə Zəngilan sənaye, tranzit daşınmalarının mərkəzi olacaq, böyük logistika mərkəzinə çevriləcək.

Azərbaycana ildə 2 milyondan çox turist gəlir, onların Zəngəzur bölgəsinə axını gözlənilir. Lazımı infrastrukturlar və normal həyat şəraiti turistlər üçün əsas amillərdən biridir. Zəngilan hava limanı xarici turistlərin rahat gəlişini təmin edəcək. Burada siyasi faktora da diqqət yetirmək lazımdır. Hava limanları Ermənistanla və İranla sərhəd bölgələrdə yerləşir, bunun hərbi-psixoloji mənasını da xüsusi qeyd etmək lazımdır.

 

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi- Nicat Əhmədzadə

Şərhlər

Şərh yazılmayıb.